11 C
Baku
Tuesday, December 9, 2025

Tramp “Nvidia” çiplərinin Çinə tədarükünə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ administrasiyası “Nvidia” şirkətinə H200 çiplərinin təsdiqlənmiş müştərilərə Çində və digər ölkələrdə yenidən tədarükünü milli təhlükəsizlik tələblərinə əməl olunması şərti ilə bərpa etməyə icazə verəcək.

ABŞ prezidentinin sözlərinə görə, o, bu qərar barədə ÇXR sədri Si Cinpinə məlumat verib və o, “müsbət cavab verib”. Cənab Tramp dəqiqləşdirib ki, sövdələşmələrin 25%-i ABŞ büdcəsinə ödəniləcək. “Bu siyasət ABŞ-də iş yerlərini dəstəkləyəcək, istehsalı gücləndirəcək və vergi ödəyicilərinə fayda verəcək”, — deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Donald Tramp əlavə edib ki, oxşar yanaşma AMD, “Intel” və digər böyük Amerika şirkətlərinə də tətbiq olunacaq.

Sentyabr ayında “Financial Times” mənbələrə istinadən xəbər vermişdi ki, Çinin Kiberməkanda Nəzarət İdarəsi ölkənin ən böyük texnologiya şirkətlərinə süni intellekt ilə işləmək üçün “Nvidia” çipləri almağı qadağan edib. Qəzetin məlumatına görə, söhbət “Nvidia”nın xüsusi olaraq Çin üçün hazırlanmış RTX Pro 6000D çiplərindən gedir.

Son xəbərlər
Digər xəbərlər