27 C
Baku
Saturday, July 27, 2024

Tramp ölkələri “Twitter” və “Facebook”u boykot etməyə çağırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp digər ölkələri Nigeriyadan nümunə götürməyə, yəni “Twitter” və “Facebook” sosial şəbəkələrini qadağan etməyə çağırıb.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“Daha çox ölkə “Twitter” və “Facebook” sosial şəbəkələrini qadağan etməlidir, çünki onlar açıq və azad şəkildə danışmağa imkan vermirlər – bütün səslər eşidilməlidir. Bəlkə də, prezident olduğum müddətdə bunu etməli idim”, – Trampın açıqlamasında deyilir.

O, prezident olduğu dövrdə bu platformaları bloklaya bilmədiyini söyləyib. Trampın sözlərinə görə, bunun səbəbi “Facebook”un qurucusu Mask Çukerberqin onu daim tərifləməsi və davamlı şəkildə Ağ Evə şam yeməyinə gəlməsi olub.

Xatırladaq ki, 5 iyun tarixində Nigeriya hökuməti “Twitter” platformasının ölkədəki fəaliyyətini dayandırıb. Şirkət bu qərardan çox narahat olduğunu açıqlayıb.

Qərar bir neçə gün əvvəl sosial şəbəkədə Nigeriya prezidenti Məhəmməd Buharinin vəzifəsini tərk etməsi xəbəri silindikdən və hesabı 12 saat müddətinə bloklandıqdan sonra qəbul edilib. Belə ki, Buhari separatçıları dövlət binalarına hücumlara görə cəzalandıracağını söyləyib, sosial şəbəkənin alqoritmi isə bu mesajı təhqiramiz hesab edib.

Son xəbərlər
Digər xəbərlər