30 C
Baku
Friday, July 19, 2024

Tramp öz ayaqqabı brendini işə salıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Trump Sneakers” idman ayaqqabılarını satışa çıxarıb. Təqdimat fevralın 17-də “SneakerCon Philadelphia” sərgisində baş tutub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Kolleksiyada üç cür ayaqqabı mövcuddur. Birincisi “The Never Surrender High-Tops” adlanan, üzərində ABŞ bayrağı olan qızılı krossovkalardır. Ümumilikdə 1 min cüt ayaqqabının satışda olacağı bildirilir. Onların hər birinin unikal nömrəsi, on təsadüfi seçilmiş cüt üzərində isə Trampın imzası olacaq. Qiymət 399 dollardır, satışlar 2024-cü ilin iyulunda başlayacaq.

Hal-hazırda şirkətin saytında 199 dollara iki cüt idman ayaqqabısı sifariş etmək olar: üzərində “POTUS 45” yazısı olan ağ ayaqqabı və ABŞ bayrağlı qızılı ayaqqabı. Bu idman ayaqqabılarının 2024-cü ilin avqustunda satışa çıxarılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər