23 C
Baku
Wednesday, October 9, 2024

Tramp: Pandemiyanın pik nöqtəsi artıq keçib, məhdudiyyətlər tezliklə aradan qaldırılacaq

ABŞ prezidenti Donald Tramp ölkədə Covid-19 infeksiyasından ölənlərin sayının azaldığını bildirib. Onun sözlərinə görə, pandemiyanın pik nöqtəsi artıq keçib və prezident administrasiyası məhdudiyyətləri aradan qaldırmaq üçün plan hazırlayır.

Banker.az xəbər verir ki, Amerika lideri qubernatorlarına məhdudiyyətlərin qaldırılması barədə təlimatların “vaxtından əvvəl hazır olacağına” ümid etdiyini bildirib.
Xatırladaq ki, hal-hazırda ABŞ-da hərəkət məhdudiyyətləri tətbiq edilib. Ağ Ev sosial distansiyalaşma rejimini aprelin 30-dək uzatmağı tövsiyə edir.
Ölkədə ümumilikdə 568 176 nəfər yoluxub, 23 070 nəfər dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər