23 C
Baku
Saturday, June 7, 2025

Tramp polad və alüminiuma rüsumları 25%-dən 50%-ə qaldırıb

ABŞ prezidenti Donald Tramp polad və alüminiuma tətbiq edilən rüsumları iki dəfə artırılaraq 25%-dən 50%-ə qaldırılması haqqında sərəncam imzalayıb, bu barədə Ağ Ev məlumat yayıb. Yeni tariflər Vaşinqton vaxtı ilə iyunun 4-də qüvvəyə minəcək.

ABŞ mətbuatının yazdığına görə, tarif artımı Böyük Britaniyadan başqa bütün ölkələrə təsir edəcək. Xatırladaq ki, may ayında ABŞ və Böyük Britaniya “Alüminium və polad ticarət zonasının və təhlükəsiz əczaçılıq tədarük zəncirinin” yaradılmasını özündə əks etdirən tarif sazişi imzalayıb.

Bundan əvvəl Donald Tramp administrasiyası idxal olunan polad, alüminium və avtomobillərə 25% rüsum tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər