Tramp prezident seçkilərində iştirakı ilə bağlı qərar verib

Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək yeni prezident seçkilərində iştirakına dair qərar verdiyini, lakin seçki kampaniyasının maliyyələşdirilməsi ilə əlaqədar yarana biləcək problemlər səbəbindən planlarını açıqlaya bilmədiyini söyləyib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Cavabını bilirəm, amma onun kampaniyanın müəyyənləşdirilməsinə və digər şeylərə təsir göstərə biləcəyi üçün hələki açıqlama verə bilmirəm. Yalnız onu deyə bilərəm ki, bu sualın cavabını dəqiq bilirəm”, – deyə Tramp qeyd edib.

Keçmiş dövlət başçısı mümkün olan problemlərin nə olduğunu izah etməyib. Xatırladaq ki, Tramp əvvəllər də dəfələrlə 2024-cü il prezident seçkilərində iştirak etmək niyyətində olduğunu deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.