25 C
Baku
Saturday, July 27, 2024

Tramp prezident seçkilərinin vaxtında keçiriləcəyini bildirib

ABŞ-da ən çox yoluxma halları Nyu-York ştatında qeydə alınıb. Qubernator Endrü Kuomo bildirir ki, karantin tədbirlərinin ləğvi barədə danışmaq hələ tezdir.

Banker.az xəbər verir ki, “mayın 15-də tədbirlərin müddəti başa çatandan sonra, mən onları yenidən uzadacağam. Biz mövcud vəziyyəti nəzərə almalıyıq, dərs götürməliyik. Əks təqdirdə, yoluxma səviyyəsi yenidən əvvəlki səviyyəyə qayıdacaq”, – qubernator bildirir.

Bütün bunlara baxmayaraq, prezident Donald Tramp seçkilərin vaxtında keçiriləcəyinə əmindir.

“Seçki gününü təxirə salmaq barədə heç düşünməmişəm, nəyimə lazımdır? Üç noyabr – yaxşı rəqəmdir. Və mən seçkiləri gözləyirəm. Düşünürəm ki, hər şeyin günahkarı Bayden ilə işləyən insanlardır”, – Donald Tramp söyləyir.

Qeyd edək ki, Tramp brifinqləri bərpa edib və amerikalılara koronavirusu tezliklə məğlub ediləcəyini vəd edir. Prezident bütün məsuliyyəti Çinin boynuna qoyur.

“Onları məsuliyyətə cəlb etməyin bir çox yolu var. Biz ciddi araşdırma aparırıq və bildiyiniz kimi, Çindən razı deyilik. Ümumiyyətlə, biz bütün bu vəziyyətdən narazıyıq, çünki koronavirusun başladığı yerdə dayandırıla biləcəyinə inanırıq”, – Donald Tramp.

Son xəbərlər
Digər xəbərlər