ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb.
Sabiq dövlət başçısı Cənubi Karolina ştatının Kolumbiya şəhərində tərəfdarları qarşısında çıxışı zamanı 2024-cü ildə keçiriləcək seçkilərin ölkənin xilası üçün yeganə şans olduğunu və bunu edə biləcək liderə ehtiyac duyulduğunu deyib.
2020-ci ildə keçirilən seçkilərdə Birləşmiş Ştatların hazırkı Prezidenti Cozef Baydenə məğlub olan Donald Tramp bir müddət öncə dövlət başçısı postu uğrunda mübarizəyə başlamaq barədə qərar qəbul edib.