ABŞ prezidenti Donald Tramp martın 13-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib. Söhbətdən sonra Amerika prezidenti bəyan edib ki, Ukrayna ətrafında vəziyyətin nizamlanması şansı yüksəkdir.
Xatırladaq ki, fevralın 12-də də Vladimir Putin və Donald Tramp telefon danışıqları aparıblar və digər məsələlərlə yanaşı, Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.