Biz Qəzzaya sülh gətirəcək, bərpa edəcəyik.
Bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının ilk iclasında bildirib.
“Həmçinin bəlkə dünya üzrə digər “qaynar nöqtələr”də də belə addımlar atacağıq. Bunu çox asanlıqla edə biləcəyimizi düşünürəm. Buradakı insanlar həm güclü, həm də dahi insanlardır. Mən inanıram ki, biz başqalarının hətta təsəvvür edə bilmədiyi işləri görə bilərik. Biz Qəzzaya sülh gətirəcək, Qəzzanı bərpa edəcəyik. Qəzza köməyə ehtiyac duyur. Böyük potensialı var, amma çox kömək lazımdır. Düşünürəm ki, biz buna yaxın zamanda başlaya bilərik. Mən gözəl binaları görməyi sevirəm. Təmirə ehtiyacı olan binaların düzəldilməsini sevirəm. Ona görə də BMT ilə bir layihə həyata keçirəcəyik. Biz Qəzzanı uğur, təhlükəsizlik və birlik nümunəsi halına gətirəcəyik. Burada olmanız bizim üçün şərəfdir”, – deyə Donald Tramp qeyd edib.
ABŞ Prezidenti Qəzzanın bərpası ilə bağlı bir sıra ölkələrin üzərlərinə öhdəlik götürdüyünü söyləyib: “ABŞ da eyni şəkildə böyük öhdəlik götürüb. İllər ərzində sizinlə işləməyi səbirsizliklə gözləyirik”.







