ABŞ Konqresində Donald Trampın prezident seçkilərinin qalibi olduğunu rəsmən elan edən seçicilər kollegiyasının səslərinin hesablanması başa çatıb. Seçkilərin səslərinin hesablanmasının nəticələrini Senatın sədri kimi prosesə rəhbərlik edən ABŞ-nin vitse-prezidenti Kamala Harris təsdiqləyib.
Bu prosedur formal xarakter daşıyır, belə ki, namizədlərin aldıqları seçici səslərinin sayı səslərin hesablanması başa çatdıqdan sonra məlum olub.
Noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrinə görə, respublikaçı Donald Tramp 312, onun Demokratlar Partiyasından olan rəqibi Kamala Harris isə 226 seçici səsi toplayıb. Qeyd edək ki, qələbə üçün ən azı 270 səs tələb olunur.