16.8 C
Baku
Saturday, May 17, 2025

Tramp Rusiya və Ukrayna arasında danışıqlar üçün Türkiyəyə getməyəcək

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etmək üçün İstanbula getməyəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan əvvəl Vladimir Putin danışıqların mayın 15-də İstanbulda keçirilməsini təklif edib, lakin özü iştirak etməyi planlaşdırmadığını vurğulayıb. Mayın 14-ü axşam saatlarında Kreml nümayəndə heyətinin tərkibini təsdiqləyib. Volodimir Zelenski isə öz növbəsində bildirib ki, Vladimir Putindən başqa heç kimlə danışıqlar aparmağın mənası yoxdur.

Mayın 13-də ABŞ prezidenti Donald Tramp amerikalı rəsmilərin Rusiya-Ukrayna danışıqlarında iştirak edəcəyini açıqlamışdı. Nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edəcək.

Son xəbərlər
Digər xəbərlər