16 C
Baku
Friday, November 22, 2024

Tramp Rusiya və Çini ABŞ-nin düşməni hesab etmir

Keçmiş Amerika lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiya və Çini ABŞ-nin düşməni hesab etmədiyini bildirib.

Bu barədə o, blogger Farok Sarmadaya müsahibəsində deyib.

“Xarici qüvvələr var, onların arasında düşmənlər də mövcuddur. Siz onlara Rusiya, Çin və başqaları deyirsiniz. Düşməndirlər, bilmirəm? Düşünürəm ki, Çin və Rusiya ilə çox yaxşı anlaşacağıq”, – deyə o bildirib.

Tramp əlavə edib ki, seçkidə qalib gəlsə, Ukraynadakı münaqişəni hələ yanvarın 20-də baş tutacaq inauqurasiyadan əvvəl həll etmək niyyətindədir:

“Mən bunun prezident seçildiyim müddətdə baş verməsini istəyirəm, çünki bu münaqişə həll olunmalıdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər