18 C
Baku
Cümə, Oktyabr 22, 2021

Tramp səkkiz ştatda qələbə qazanacağına söz verdi

faizlere

ABŞ prezidenti Donald Tramp rəsmi olaraq məğlub olduğu səkkiz ştatda qalib gəlmək niyyətində olduğunu açıqlayıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Co Bayden Trampın koronavirusla mübarizə aparmaq əvəzinə, seçki nəticələrindən “şikayət etdiyini” söyləmişdi.

“Onlar (demokratlar) deyirlər: o, Corciya haqqında şirkət edir. Yox-yox. Mən səkkiz ştat haqqında şikayət edirəm və onların hər birində qələbə qazanacağam”, – deyə tərəfdarları qarşısında çıxış edən Tramp bildirib.

Qeyd edək ki, Donald Tramp prezident seçkilərində məğlub olduğunu hələ də qəbul etməyib. Daha əvvəl verilən məlumata görə, yekun nəticələr yanvarın 6-da təsdiq edilməlidir. Yeni prezidentin andiçmə mərasimi isə yanvarın 20-də keçiriləcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər