9 C
Baku
Thursday, December 12, 2024

Tramp səsvermə zamanı ABŞ konstitusiyasının pozulduğunu açıqlayıb

ABŞ prezidenti Donald Tramp KİV-in seçkilərdə rəqibi Co Baydenin qələbəsi ilə bağlı proqnozlarını tənqid edərək, səsvermə zamanı ABŞ konstitusiyasının pozulduğunu bildirib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Tramp seçkilərin konstitusiyaya zidd olduğunu göstərmək üçün “böyük məhkəmə iddiası”nı qaldıracağını açıqlamışdır.

“Niyə KİV saxta xəbərlər yayaraq, 2020-ci il seçkilərində Co Baydenin qalib gəldiyini yazırlar? Bu, konstitusiyanın pozulması deməkdir. Ona əvvəllər olmadığı kimi hücumlar edilib!”, – Tramp öz “Twitter” səhifəsində yazıb.

Amerika liderinin sözlərinə görə, bir çox müşahidəçi səslərin hesablandığı yerdən “qovulub”, milyonlarla bülleten isə demokratlar tərəfindən “dəyişdirilib”.

Son xəbərlər
Digər xəbərlər