ABŞ Prezidenti Donald Tramp şatdaunun ləğvi ilə bağlı qanun layihəsi masasına gələcəyi təqdirdə imzalayacağını bildirib.
Bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib.
“Biz hökuməti açacağıq. Bağlanması çox pisdir”, – deyə Tramp əlavə edib.
Qeyd edək ki, qanun layihəsi Nümayəndələr Palatasında səsverməyə çıxdıqdan və təsdiqləndikdən sonra imzalanması üçün Prezidentə göndəriləcək.







