21 C
Baku
Tuesday, October 8, 2024

Tramp seçici səslərinin sayına görə Baydenə yaxınlaşır

ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçici səslərinin ilkin sayı baxımından demokrat Co Bayden ilə arasındakı fərqi xeyli azaldıb.

Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Verilən məlumata görə, Tramp 213 səs, Bayden isə 237 səs toplayıb. Xatırladaq ki, prezident seçkilərində qalib gəlmək üçün 270 səs toplamaq tələb olunur.

ABŞ-ın aparıcı ştatlarında isə vəziyyət aşağıdakı kimidir:

– Tramp: Texas – 38, Florida – 29, Corciya – 16, Şimali Karolina – 15, Viskonsin – 10, Ayova – 6;

– Bayden: Arizona – 11, Viskonsin və Minnesota – 10 və 10.

7 ştatda nəticə hələ bəlli deyil, Alyaskada isə seçkilər davam edir. Ekspertlərin fikrincə, son nəticələr bir neçə gün sonra açıqlana bilər.

Son xəbərlər
Digər xəbərlər