20 C
Baku
Wednesday, October 9, 2024

Tramp seçkilərdə qələbə qazanmağın şərtini açıqladı

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında “bir çox ştatda” qələbə qazandığını söyləyib.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Əgər qanuni səsləri saysanız, qəlib olduğumu görəcəksiniz”, – Tramp qeyd edib. Çıxışı zamanı prezident ABŞ-da səslərin sayılmasında “korrupsiya və saxtakarlığa” yol verildiyini söyləyib.

Xatırladaq ki, ABŞ prezident seçkiləri noyabrın 3-də keçirilib. Nəticələrin rəsmi olaraq nə zaman elan ediləcəyi hələ məlum deyil. Bəzi sakinlər poçt vasitəsilə səs verdiyi üçün bu proses xeyli uzana bilər.

Trampın fikrincə, bülletenlərin poçtla göndərilməsi səbəbindən səs sayımı ləngiyib ki, bu da Baydenin xeyrinə olub. O, seçkilərdən sonra gələn bülletenləri saymamağın tərəfdarıdır. Bayden isə əksinə, bütün səsləri saymağa çağırır.

Son xəbərlər
Digər xəbərlər