18 C
Baku
Friday, November 22, 2024

Tramp seçkilərdə qalib gəldiyi təqdirdə Maska məsləhətçi vəzifəsini təklif edəcək – Yenilənib

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp seçkidə qalib gələrsə, sahibkar İlon Maska Nazirlər Kabinetində və ya onun administrasiyasında məsləhətçi vəzifəsini təklif edəcək, “Reuters” yazır.

Agentlik xatırladıb ki, Mask keçən ay ABŞ prezidentliyi yarışında Trampı açıq şəkildə dəstəkləyib. Sahibkar prezidentliyə namizədlə 3 saatlıq müsahibə aparıb və o, bir çox məsələlərlə bağlı mövqeyini ətraflı açıqlaya bilib.

Trampın seçkilərdə qalib gələcəyi təqdirdə “Tesla” sahibinə öz məsləhətçisi rolunu vermək imkanını nəzərdən keçirməsi barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. ABŞ-nin hazırkı dövlət başçısı Co Bayden iyulun 21-də seçki yarışından çıxdığını elan etdikdən sonra Demokratlar Partiyasından prezidentliyə əsas namizəd Kamala Harris olub. O, Demokratlar Partiyasının nümayəndələrinin 99%-nin dəstəyini qazanıb. Qeyd edək ki, Kamala Harrisin seçkilərdə əsas rəqibi ABŞ-nin keçmiş prezidenti Donald Trampdır.


Amerikalı milyarder İlon Mask ABŞ prezidenti seçkilərində qalib gələcəyi təqdirdə Donald Trampın ona prezident kabinetində vəzifə təklif etməyə hazır olmasına münasibət bildirib.

Mask təklifə cavab olaraq X sosial şəbəkəsində belə yazıb: “Xidmət etməyə hazıram”.

Son xəbərlər
Digər xəbərlər