Qarşıdan gələn prezident seçkilərində qalib gələrəmsə, ilk olaraq ölkənin cənub sərhədini bağlayacağam və Meksikadan gələn miqrant axınını dayandıracağam.
Bu barədə ABŞ-nin keçmiş lideri Donald Tramp Nyu-Cersidə keçirilən mitinqdə bildirib.
“Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam”, – deyə o vurğulayıb.
Siyasətçi, həmçinin ABŞ Prezidenti Cozef Baydenin “müttəfiqləri” adlandırdığı qeyri-qanuni mühacirləri evlərinə – aid olduqları yerə göndərəcəyini vəd edib.
Respublikaçıya görə, Ağ evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacaq.