10 C
Baku
Thursday, December 12, 2024

Tramp seçkilərdən qabaq Putin ilə nüvə silahına dair müqavilə bağlamaq istəyir

ABŞ prezidenti Donald Tramp seçkilərdən qabaq strateji hücum silahlarına (nüvə silahı) nəzarət haqqında Rusiya prezidenti Vladimir Putin ilə yeni müqavilə bağlamaq niyyətində olduğunu bildirib.

Banker.az xəbər verir ki, bu barədə Ağ Evə istinadən “Axios” nəşri məlumat verib.

Qeyd edildiyi kimi, müqavilə üzərində iş bir həftə ərzində tamamlana bilər. Prezident administrasiyasındakı məmurlardan biri qərarların Milli Təhlükəsizlik Şurasında və Dövlət Departamentində ən yüksək səviyyədə verildiyini vurğulayıb. Onun sözlərinə görə, strateji nüvə silahlarının azaldılmasına dair ən son ikitərəfli sənədin müddəti 2021-ci il 5 fevralda başa çatır.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin bu sənədin uzadılmasının vacibliyini vurğulamışdı. Tramp administrasiyası prezident Barak Obama ilə imzalanan müqaviləni yeni razılaşma ilə yeniləməyə hazır olduğunu bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər