21 C
Baku
Friday, September 19, 2025

Tramp: Si Cinpinlə “TikTok” razılaşmasının təsdiqi ilə bağlı irəliləyiş əldə etdik

ABŞ Prezidenti Donald Trampla Çinin Sədri Si Cinpin arasında telefon danışığı baş tutub.

Bu barədə Trump “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, tərəflər ticarət, Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq zərurəti və “TikTok” razılaşmasının təsdiqi kimi bir çox vacib məsələlərdə irəliləyiş əldə ediblər.

“Çox yaxşı danışıq idi. Biz yenidən telefonla danışacağıq. “TikTok” razılaşmasının təsdiqini yüksək qiymətləndiririk”, – deyə Tramp əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər