ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin ilə ticarət əlaqələrinin müsbət yöndə inkişafına inanır, lakin bunun üçün iki ölkənin ədalətli ticarət sazişi imzalaması lazım olacaq.
O, bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
“Mənim Çin Sədri Si Cinpinlə yaxşı münasibətlərim var, o, çox güclü liderdir. Düşünürəm ki, hər şey yaxşı olacaq, amma bunun üçün biz ədalətli bir saziş imzalamalıyıq”, – o qeyd edib.
D.Tramp, həmçinin təsdiqləyib ki, bir neçə həftədən sonra Cənubi Koreyada Si Cinpinlə görüşəcək.