ABŞ Prezidenti Donald Tramp Corc Sorosu ölkədəki etirazları dəstəklədiyinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
ABŞ Prezidenti bu barədə “Truth Social” şəbəkəsində yazıb.
“Corc Soros və radikal solçu oğlu Amerika Birləşmiş Ştatları ərazisində zorakı etirazları dəstəklədiklərinə və bir çox başqa əməllərə görə məsuliyyətə cəlb edilməlidirlər”, – o qeyd edib.