10 C
Baku
Thursday, December 12, 2024

Tramp sosial şəbəkəsinə $1 mlrd. sərmayə cəlb edib

ABŞ-ın sabiq prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsinə 1 milyard dollar sərmayə qoyub. Siyasətçi hesab edir ki, bu investisiyalar ən böyük texnoloji şirkətlər üçün senzura və ayrı-seçkiliyə son qoymaq üçün mühüm siqnaldır.

Banker.az xəbər verir ki, “Amerika siyasi ideologiyaya görə insanlara qarşı ayrı-seçkilik etməyəcək bir platformaya hazırdır”, – deyə Tramp söyləyib.

Trampın sosial media şirkəti olan “Trump Media & Technology Group” səhmlərini hedcinq fondlarına və ailə ofislərinə (özəl müştərilərə xidmət göstərən investisiya şirkətləri) sataraq 1 milyard dollar cəlb etməyi planlaşdırır.

Xatırladaq ki, oktyabr ayında “Truth Social” hakkerlər tərəfindən hücuma məruz qalıb. Bu hadisədən sonra şəbəkə fəaliyyətini bərpa etməyib. Eyni zamanda onun məxfilik siyasəti 20 sentyabr tarixinə qədər diaktivdir. Platformada beta-versiyasının işə salınması ilə bağlı heç bir açıqlama olmayıb.

“CNBC” bildirib ki, beta-versiyanın buraxılış tarixinin açıqlanmaması – investorlar üçün şirkətin verdiyi vədləri yerinə yetirməyə nə qədər hazır olduğuna işarədir. Bununla belə, kanal vurğulayır ki, texnoloji şirkətlər tez-tez öz məhsullarının buraxılış tarixlərini qaçırırlar.

Son xəbərlər
Digər xəbərlər