ABŞ-də prezidentliyinə namizəd Donald Tramp “tərəddüd edən” (swing state) yeddi ştatın altısında liderdir.
Bu barədə aparıcı Amerika mediası, o cümlədən “Fox News” kanalı, “The New York Times”, “The Washington Post” və “Axios” portalının müvafiq təxminlərində göstərilib.
“Fox News”un məlumatına görə, Corciya ştatında bülletenlərin 90%-nin hesablanmasının nəticələrinə əsasən Tramp 51,11% səslə öndədir, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 48,19% səs toplayıb.
Şimali Karolinada Tramp 50,77%, Harris isə 48,12%, Pensilvaniyada isə Tramp 50,72%, Harris isə 48,34% səs toplayıb. Miçiqan, Viskonsin və Arizona ştatlarında da Tramp rəqibini qabaqlayıb. Qeyd edək ki, “tərəddüd edən” ştatlar seçkinin nəticəsinə təsir göstərir.