19 C
Baku
Thursday, April 25, 2024

Tramp ticarət müharibəsi nəticəsində zərər çəkmiş fermerlərə $16 mlrd. ayıracaq

Tramp Administrasiyası ABŞ və Çin arasında gedən ticarət müharibəsi nəticəsində zərər çəkmiş fermerlərə 16 milyard dollar ayıracaq.

Banker.az bildirir ki, bu haqda ABŞ-ın Kənd təsərrüfatı naziri olan Sonny Perdue xəbər verib.

Planın əsas elementi 16 milyard dollar həcmində yardım proqramı olacaq ki, bu da  Vaşinqton və Pekin arasındakı ticarət müharibəsindən irəli gələn fəsadları qismən də olsa ödəyəcək.

Perdue qeyd edir ki, bu vəsait Çinə münasibətdə tətbiq edilmiş tariflərdən toplanacaq. Amerika fermerləri ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyindən dövlət yardımını səbirsizliklə gözləyirlər.

“Yaxın gələcəkdə yardım ayırma proqramı haqqında ətraflı məlumat veriləcək”, – ABŞ Kənd Təsərrüfatı Nazirliyi bəyanatda deyib.

Nazirlik Trampın fermerlərə kömək etmək planının detallarını müzakirə etməkdən imtina edib. Bununla yanaşı, yardımın yeni mərhələsinə dair vəziyyətlə tanış olan qaynaq, administrasiyasının “daha böyük miqdarda yardım” təklif etdiyini bildirib.

Mənbə ödəmələrin dəqiq məbləğləri barədə heç bir məlumat verməyib. Yardım proqramı çərçivəsində birbaşa ödənişlər 9 müxtəlif məhsul istehsal edən fermerlərə göndəriləcək. Soya istehsalçıları, 10 milyard dollarlıq yardım paketinin təxminən dörddə üç hissəsini alacaqlar.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər