15 C
Baku
Wednesday, April 2, 2025

Tramp: “TikTok” həftənin sonuna qədər satılacaq

ABŞ prezidenti Donald Tramp “TikTok”un ABŞ seqmentinin satışı ilə bağlı razılaşmanın aprelin 5-dək tamamlanacağını bildirib. Əsas alıcılar arasında “Blackstone”, “Microsoft”, “Oracle” və İlon Mask var.

2024-cü ilin aprelində Co Bayden sosial şəbəkənin sahibi olan Çin şirkəti “ByteDance” 2025-ci il yanvarın 19-na kimi ölkədəki biznesini satmasa, “TikTok”u bloklayan qanun imzalayıb. ABŞ-nin yeni prezidenti Donald Tramp qadağanı dayandırıb, müqavilə aprelin 5-də başa çatmalıdır. Prezident administrasiyası bir neçə potensial alıcı ilə eyni vaxtda fəal danışıqlar aparır. Onların arasında müxtəlif media orqanları tərəfindən “Blackstone”, “Microsoft”, “Oracle” və İlon Maskın adı çəkilib.

Son xəbərlər
Digər xəbərlər