Çinin “ByteDance” şirkətinə Amerika istifadəçilərinin bütün şəxsi məlumatlarını məhv etmək üçün 90 gün vaxt verilib. Qeyd edildiyi kimi, ABŞ prezidenti Donald Tramp “ByteDance” (“TikTok”un sahibidir”) şirkətinə ölkədəki biznesdən imtina etməli olduğunu nəzərdə tutan fərman imzalayıb.
Bundan əlavə, şirkət “TikTok” və ya “Musical.ly” tətbiqləri vasitəsilə topladığı bütün şəxsi məlumatları məhv etməli olacaq. Daha sonra “ByteDance” Xarici İnvestisiya Komitəsinə tələblərin yerinə yetirilməsi barədə hesabat verməlidir.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“ByteDance” CNBC-yə bildirib ki, “TikTok” “100 milyon amerikalı tərəfindən sevilir” və şirkət video xidmətini daha da inkişaf etdirmək niyyətindədir.
Xatırladaq ki, Donald Tramp “TikTok” və “WeChat” tətbiqlərini 2020-ci ilin avqust ayının əvvəlində qadağan edib. Onda prezident şirkətlərə cəmi 45 gün vaxt vermişdir.
Bildirildiyi kimi, “TikTok” blok edilməkdən yalnız bu halda xilas ola bilər ki, əgər sentyabrın 15-dək amerikan şirkətlərindən biri onu satın alarsa. Hal-hazırda bu barədə danışıqlar gedir.