1 C
Baku
Wednesday, February 12, 2025

Tramp “TikTok”un bloklanmasını təxirə salmağa çağırıb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Çin sosial şəbəkəsi “TikTok”a qarşı iddiaları siyasi yolla həll etməyə çalışmaq niyyətindədir. O, Ali Məhkəməni sosial şəbəkəni qadağan edən qanunun qüvvəsini dayandırmağa çağırıb.

“TikTok” Çinin “ByteDance” şirkətinə məxsusdur. Aprel ayında prezident Co Bayden Donald Trampın andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 19-da sosial şəbəkəni bloklaya biləcək qanunu imzalayıb.

Tramp özü isə “TikTok”a qarşı isti münasibət bəsləyir. Onun sözlərinə görə, gənc “TikTok” istifadəçilərinin səsləri onun seçkilərdə qələbə qazanmasına səbəb olub. Xatırladaq ki, 2020-ci ildə cənab Tramp prezident olaraq “TikTok”a qarşı sanksiyaların təşəbbüskarı olub.

Son xəbərlər
Digər xəbərlər