23 C
Baku
Friday, April 19, 2024

Tramp Türkiyə iqtisadiyyatını məhv etmək üçün hansı vasitələrə əl ata bilər?

ABŞ Türkiyə iqtisadiyyatını məhv edəcəyini söyləyib, lakin bu məqsədə çatmaq üçün prezidentin əlində lazımi vasitələr varmı? Vaşinqton hansı üsullara əl ata bilər?

Banker.az-ın xəbərinə görə, qeyd edək ki, bu hədə-qorxunun əsas səbəbi Türkiyənin Suriya ərazisində hərbi əməliyyatları üçün hazırlıqlar görməsi ilə əlaqədar olmuşdur.

Bildiyiniz kimi, ABŞ daha əvvəl də dəfələrlə Ankaraya hədə-qorxu gəlib, lakin bütün bunlar Ərdoğanın qərarlarına heç bir təsir göstərməmişdi.

Lirə

Türkiyə iqtisadiyyatına təsir etməyin ən sadə yolu valyuta bazarına müdaxilə etməkdir, daha doğrusu lirə və maliyyə bazarına ümumilikdə.

Buna oxşar bir şey digər ölkələr arasında müşahidə etmişdik. İlk olaraq neqativ informasiya fonu yaradılır, spekulyantlar bu və ya digər valyutanın dəyərini azaltmaq üçün aqressiv oyuna qoşulurlar. Qeyd edək ki, Türkiyənin valyuta bazarı o qədərdə böyük deyil, ona görə də lirəyə təsir göstərmək kifayət qədər asan olacaqdır.

Bu tədbir Türkiyə iqtisadiyyatın təsir göstərəcəkdir, çünki ölkə neft idxalçısıdır, onu almaq üçün isə dollar lazımdır. Müvafiq olaraq, lirə nə qədər ucuz olsa, “qara qızıl” ın alışına da bir o qədər çox pul xərclənəcək.

qqDövlət borcu

Spekulyantlar bu və ya digər ölkənin istiqrazlar bazarına təsir göstərə bilərlər, qeyri-sabit maliyyə vəziyyəti şəraitində bunu etmək daha asan olur.

Daim borc alan bir ölkə üçün bu, ciddi iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər. Gəlirliliyin artması ilə xərclər də artacaqdır. Əgər bunun üstünə milli valyutanın zəifləməsini gəlsək, Türkiyə iqtisadiyyatı ciddi təhlükə altına düşmüş olur.

cidSanksiyalar

ABŞ-ın əl ata biləcəyi daha bir yol sanksiyalardır. Qeyd edək ki, belə bir təhdid artıq səsləndirilib: Türkiyə Suriya ərazisində hərbi əməliyyatlara başladığı təqdirdə, ABŞ ona qarşı sanksiya rejiminin tətbiqinə və Türkiyənin NATO təşkilatından xaric edilməsi məsələsinin müzakirəyə çıxarılmasına əl atacaqdır.

Polad bazarı

Xatırladaq ki, Türkiyə Avropanı polad ilə təchiz edən ölkələrdən biridir. Nəzəri olaraq ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edə və bu sahədə Ankara ilə ticarət etməyə qadağa qoya bilər. Avropa şirkətləri sanksiyalardan qorxub, alternativ yollar axtarmağa başlayacaqlar.

Hərbi xərclər

Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın telefon danışığından sonra ABŞ faktiki olaraq Türkiyəyə Suriyada hərbi əməliyyatlara başlamasına icazə vermiş olub.

Beləliklə, ABŞ yenə də Türkiyənin əleyhdarlarına dəstəyi bərpa etməyə qərar verərsə, Ankara həmişə böyük xərclərə səbəb olan hərbi qarşıdurmaya düçar ola bilər. Nəticədə, büdcə kəsiri artacaqdır.

Son xəbərlər
Digər xəbərlər