ABŞ prezidenti Donald Tramp Türkiyədə səfir vəzifəsinə yeni namizəd irəli sürüb.
Ağ Evə istinadən yayılan məlumata görə, bu şəxs diplomatı Maykl Satterfilddir. Satterfildin namizədliyi Senata göndərilib. Senat bunu müzakirə edərək ya onun namizədliyini təsdiq ya da rədd edəcək.
Daha əvvəl bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-dən sonra Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.