1 C
Baku
Saturday, December 14, 2024

Tramp Türkiyədən Suriyadakı hərbi əməliyyatların dayandırılmasını tələb etdi

ABŞ prezidenti Donald Tramp, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edərək Suriyadakı hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib. Bu haqda Reuters xəbər agentliyi məlumat verir. 

Onun sözlərinə görə, ABŞ Türkiyəyə Suriyaya müdaxilə etməsinə “yaşıl işıq” verməmişdi. 

“ABŞ, sadəcə olaraq, Türkiyənin Suriyaya müdaxiləsinə göz yummayacaq”, – deyə ABŞ-ın vitse-prezidenti qeyd edir. 

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Suriyanın şimal-şərqlində hərbi əməliyyatlara başlayıb. Ankaranın verdiyi məlumata görə, onun əsas məqsədi bölgədəki “Xalq Qoruma Dəstələri” (YPG) və “Suriyanın demokratik qüvvələri” (SDF) sıxışdırmaq və təhlükəsizlik zonasını yaratmaqdır. 

ABŞ bu əməliyyata qarşı çıxmışdır. Vaşinqtona görə, bu hərəkəti ilə Ankara mülki şəxslər üçün təhlükə yaratmış olub. Qeyd edək ki, Tramp buna cavab olaraq Türkiyəyə qarşı ticarət tariflərini 50% qaldıracağını və danışıqları dayandıracağını bildirib. 

 

Son xəbərlər
Digər xəbərlər