29 C
Baku
Sunday, June 26, 2022

Tramp “Twitter” ilə Çin liderinə Honkonqdakı vəziyyətlə bağlı görüş təklif edib

ABŞ prezidenti Donald Tramp “Twitter” vasitəsi ilə Çin liderinə Honkonqdakı vəziyyətlə bağlı görüş təklif edib.

Report agentliyi xəbər verir ki, onun sözlərinə görə, Çin sədri Honkonqda keçirilən etiraz aksiyaları ilə bağlı vəziyyəti “tez və insanlıq”la həll edə bilər.

“Mənim heç bir şübhəm yoxdur ki, prezident Si [Szinpin] Honkonq problemini tez və insanlıqla həll etmək istəsə, bunu edə bilər. Şəxsi görüş?”, – deyə o “Twitter”də yazıb.

Son xəbərlər
Oxşar xəbərlər