11 C
Baku
Tuesday, December 9, 2025

Tramp: Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı vəziyyət üçüncü dünya müharibəsinə çevrilə bilərdi, lakin o, bunun qarşısını almağa nail olub. Onun fikrincə, Ukraynada yeni prezident seçkiləri keçirilməlidir.

Cənab Tramp “Politico”ya müsahibəsində bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən hazırlanan münaqişənin tənzimlənməsi planını hələ də oxumayıb. ABŞ prezidentindən soruşublar ki, onun fikrincə, Ukraynada prezident seçkiləri keçirməyin vaxtı çatıb, ya yox. O, bu suala müsbət cavab verib.

“Bəli, məncə, artıq vaxtıdır. Çox vaxt keçib.. Məncə, vaxt gəlib çatıb. Onlar müharibəni bəhanə edərək seçkilər keçirmirlər. Mən hesab edirəm ki, ukraynalıların seçim imkanı olmalıdır və bəlkə də Zelenski qalib gələrdi”, — deyə Donald Tramp bildirib.

Dünən Volodimir Zelenski açıqlayıb ki, ilkin versiyada olan 28 bənd əvəzinə hazırda 20 bəndlik sülh təşəbbüsü müzakirə olunur. Onun sözlərinə görə, ərazi məsələləri üzrə kompromis hələ əldə edilməyib. ABŞ-nin NATO yanındakı daimi nümayəndəsi Metyu Uitaker xəbərdarlıq edib ki, Donald Tramp razılaşmanın mümkün olmadığı qənaətinə gələrsə, sülh prosesinə dəstəyi dayandıra bilər.

Son xəbərlər
Digər xəbərlər