Tramp üzünün narıncı olmasının səbəbini açıqlayıb – “Bütün günah lampalardadır”

0

ABŞ Prezidenti Donald Tramp video və fotoşəkillərdə dərisinin niyə narıncı rəngdə olduğunu izah edib. Onun sözlərinə görə, bütün günah enerjiyə qənaət edən lampaların geniş yayılmasındadır.

“Gördüyüm qədərilə istifadə etdiyiniz ampullar ilk məni həmişə narıncı göstərdiyinə görə pisdir”, – deyə Tramp Baltimorda Respublika Partiyasının üzvləri ilə görüşü zamanı bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

CNN-in məlumatına görə, bu lampaların məcburi istifadəsi əvvəlki Prezident Barak Obamanın administrasiyası tərəfindən tətbiq edilib. Ancaq Tramp hakimiyyətə gəldikdən sonra onları ləğv edib.

Donald Trampın görünüşü dəfələrlə zarafata səbəb olub. Belə ki, prezident saçlarına görə dəfələrlə pis vəziyyətə düşməsi səbəbindən rişxəndlə üzləşib. Ağ Evdə isə prezidentin “narıncılaşmasını” “yaxşı genləri” ilə izah edirlər.

©Oxu.az