Prezident Donald Tramp, onun ailə üzvləri və biznes nümayəndələri, “Deutsche Bank” və “Capital One” əleyhinə federal iddia açıblar.
Banker.az xəbər verir ki, “Bu iddianın heç bir qanuni məqsədi olmayan Konqresə çağırışlarla bağlılığı var. Bu çağırışlar prezident Donald Trampı təqib etmək, onun şəxsi maliyyə işlərini, biznesini və şəxsi məlumatlarını müdaxilə etmək məqsədini güdür. Siyasətdən başqa bir məqsəd görülmür”, – Nyu-York məhkəməsində açılmış iddiada qeyd olunur.
Bununla bağlı olaraq, iddiaçılar məhkəmədən öz xeyirlərinə qərarın, Konqresin çağırışlarını etibarsız olduğunu və icra edilə bilməyəcəyini qəbul etməsini xahiş edirlər.
Bundan əlavə, məhkəmədən “Deutsche Bank” və “Capital One” müəssisələrinə istənilən məlumatı açıqlamağa və ya təqdim etməyə qadağa qoymağı xahiş edirlər.
Daha əvvəl bildirilmişdi ki, Nümayəndələr Palatasının Kəşfiyyat və Maliyyə üzrə Komitələri “Deutsche Bank” və digər maliyyə təşkilatlarına Amerika prezidentinin maliyyə məsələsinin araşdırılması çərçivəsində gündəmlər göndərmişlər.