ABŞ prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Takaiti Sanae Tokioda keçirilən görüş zamanı iki ölkə arasında münasibətlərin “yeni qızıl əsrini” nəzərdə tutan saziş imzalayıblar. Ağ Evin məlumatına görə, həmçinin strateji investisiyalar haqqında memorandum da imzalanıb.
“Bu razılaşma iqtisadi təhlükəsizliyi möhkəmləndirməyə, iqtisadi artıma və ümumi rifaha töhfə verməyə kömək edəcək”, – deyə mətbuat relizində qeyd olunur.
Donald Tramp üçün bu, ikinci prezidentlik müddətində Yaponiyaya ilk rəsmi səfəridir.






