ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə Cənubi Koreyada görüşəcək.
Bu barədə Tramp “Fox News”a müsahibəsində deyib.
“Biz növbəti həftələrdə onunla (Si Cinpinlə) görüşəcəyik. Biz Cənubi Koreyada görüşəcəyik”, – Tramp bildirib.
ABŞ və Çin liderlərinin görüş zamanı iqtisadi məsələləri, o cümlədən tarif vergilərini müzakirə edəcəyi gözlənilir.