6 C
Baku
Sunday, December 15, 2024

Tramp Vaşinqtondakı hotelinin icarə hüququnu $370 milyona sata bilər

ABŞ-ın sabiq prezidenti Donald Trampın ailəsinə məxsus “Trump Organization” şirkəti Vaşinqtonun mərkəzindəki “Trump International Hotel”in binasından istifadə hüquqlarını 370 milyon dollardan çox məbləğə satmağı planlaşdırır.

Bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin yazdığına görə, icarə hüququnu Mayamidə yerləşən “CGI Merchant Group” əldə edə bilər. Bildirilir ki, keçmiş poçt xidmətinin binası əslində dövlətə məxsusdur, ancaq onun icarəsi müddəti 100 ilə qədər uzadıla bilər.

Öz növbəsində, “CGI Merchant Group” Vaşinqtonda hotelin rebrendinqi ilə bağlı “Hilton” da daxil olmaqla bir neçə hotel şəbəkəsi ilə danışıqlar aparır. Hotelin adlandırılmasında Trampın adının böyük bir hotel şirkətinin adı ilə əvəz olunacağı deyilir.

Qeyd edək ki, Vaşinqtonun mərkəzi bulvarında 120 ildən də əvvəl tikilmiş poçt binası 210 milyon dollara “Trump International Hotel”ə çevrilib. Bina federal hökumətin mülkiyyətindədir və növbəti 60 il ərzində hər il 3 milyon dollar ödənilməsi şərti ilə “Trump Organization” şirkətinə uzunmüddətli icarəyə verilib.

Son xəbərlər
Digər xəbərlər