11 C
Baku
Saturday, November 22, 2025

Tramp: Vaşinqtonun Kiyevə irəli sürdüyü plan yekun təklif deyil

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun Ukraynada müharibənin həlli üçün Kiyevə irəli sürdüyü plan yekun təklif deyil.

Jurnalistlərlə görüşü zamanı Trampdan Ukraynaya təklif edilən sülh planının yekun olması barədə soruşulub. Amerika lideri suala “Xeyr” deyə lakonik cavab verib.

“Biz sülhə nail olmaq istərdik və bu, çoxdan baş verməli idi. Biz bu və ya digər şəkildə buna son qoymağa çalışırıq”, – Ağ Ev rəhbəri əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər