7 C
Baku
Friday, January 9, 2026

Tramp: Venesuela neft satışından əldə olunan vəsaitlə yalnız ABŞ mallarını ala biləcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yeni razılaşma çərçivəsində Venesuela neft satışından əldə etdiyi vəsaitlə yalnız Amerika istehsalı olan malları ala biləcək. Söhbət kənd təsərrüfatı məhsullarından, dərmanlardan və tibbi avadanlıqlardan, eləcə də enerji obyektləri üçün nəzərdə tutulan avadanlıqlardan gedir.

“Başqa sözlə, Venesuela Amerika Birləşmiş Ştatlarını özünün əsas tərəfdaşı kimi qəbul edərək onunla iş aparmağı öhdəsinə götürür — bu, həm Venesuela xalqı, həm də ABŞ üçün müdrik seçim və çox yaxşı bir addımdır”, — deyə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Yanvarın 3-də ABŞ ordusu Karakasa zərbələr endirib və Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirib. Yanvarın 7-də ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton Venesuelanın “xaosa sürüklənməməsi” üçün fəaliyyət planı hazırlayıb. Onun sözlərinə görə, digər məsələlərlə yanaşı, ABŞ Venesuela neftini bazar qiymətləri ilə, heç bir endirim olmadan satmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər