4 C
Baku
Thursday, January 15, 2026

Tramp: Venesuela OPEС-də üzvlüyünü saxlaya bilər

ABŞ prezidenti Donald Tramp Venesuelanın OPEC-də üzvlüyünün saxlanmasını dəstəklədiyini bildirib. Bununla belə, Reuters-ə verdiyi müsahibədə o, bunun “ABŞ üçün daha yaxşı olub-olmayacağına əmin olmadığını” qeyd edib.

Venesuelanın ABŞ-nin təsiri altında olduğu bir şəraitdə OPEC-in neft hasilatına dair məhdudiyyətlərinə əməl edib-etməyəcəyi ilə bağlı suala Tramp cavabında bildirib ki, “bu haqda danışmaq hələ tezdir və onun səlahiyyətləri çərçivəsindən kənara çıxır”.

Daha əvvəl Ağ Evin nümayəndələri Reuters-ə bildiriblər ki, Venesuelanın OPEC-də üzvlüyünün saxlanması məsələsi müzakirə olunmayıb. Qeyd edilib ki, Tramp neft hasilatını artırmağa cəhd edərsə, OPEC isə qiymətləri dəstəkləmək üçün hasilatı azaltmağa çalışdığı bir vaxtda bu mövzu gərginlik mənbəyinə çevrilə bilər.

Son xəbərlər
Digər xəbərlər