20 C
Baku
Sunday, October 6, 2024

Tramp Vyanadakı terror aktına münasibət bildirib

ABŞ prezidenti Donald Tramp Vyanadakı atışma ilə əlaqədar olaraq, mülki vətəndaşlara qarşı hücumların dayandırılmalı olduğunu, Vaşinqtonun terroristlərə qarşı mübarizədə Avstriyanı, Fransanı və bütün Avropanı dəstəklədiyini söyləyib.

Bu barədə Banker.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Dualarımız Vyana sakinlər ilə birlikdədir. Günahsız insanlara edilən hücumlar dərhal dayandırılmalıdır. ABŞ radikal islam terrorçuları da daxil olmaqla, terrorçulara qarşı mübarizədə Avstriyanı, Fransanı və bütün Avropanı dəstəkləyir”, – prezident bildirib.

Xatırladaq ki, bazar ertəsi günü Vyana şəhərinin mərkəzində terror hadisəsi baş verib. Atışma nəticəsində ən azı 15 nəfər zərər çəkib, onlardan üçü dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər