12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Tramp xəstəxanadan evə buraxılacaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, ən yaxın vaxtlarda koronavirusdan müalicə olunduğu hospitalı tərk etməyə hazırlaşır.

ABŞ rəhbəri “Twitter”dəki səhifəsində yerli vaxtla “saat 18:30-da çox gözəl Uolter Rid tibb mərkəzi”ni tərk edəcəyini xəbər verib. O, əmin edib ki, özünü “çox yaxşı hiss edir”. Ağ Ev rəhbəri insanları COVID-19-dan qorxmamağa çağırıb.

“Ona (koronavirusa-red) sizin həyatınızda hökmranlıq etməyə imkan verməyin”, – Tramp bildirib. ABŞ prezidenti əlavə edib ki, Birləşmiş Ştatlarda onun prezidentliyi vaxtı “çox yaxşı dərmanlar və biliklər” alınıb.

Tramp iddia edib ki, özünü 20 il əvvəlkindən daha yaxşı hiss edir.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər