ABŞ prezidenti Donald Tramp, ailəsinə məxsus şirkətin Rusiya və digər ölkələrin banklarına böyük borcu olduğı barədə məlumatları təkzib edib.
Banker.az xəbər verir ki, bu barədə o, Mayamidə (Florida ştatı) seçicilərlə görüşəndə bildirib.
Xatırladaq ki, daha əvvəl Tramp ailəsinin xarici banklara 421 milyon dollar borcu olduğu barədə məlumatlar açıqlanmışdı. “Xeyr, mənim Rusiyaya borcum yoxdur. Ümumiyyətlə, borclarım çox azdır”, – prezident açıqlayıb.
“Onların yayımladığı rəqəmlərin hamısı səhvdir”, – Tramp ailəsinə məxsus olan “Trump Organization” şirkətinin xarici banklara nə qədər borclu olduğu sualına cavab verib. Qeyd edək ki, ABŞ prezidenti 11 ildir ki, gəlir vergisi ödəmir və bir neçə il ərzində vergi yükünü 72,9 milyon dollar azaldılmasına nail olub. “The New York Times” qəzeti 2016 və 2017-ci illərdə Trampın cəmi 750 dollar vergi ödədiyini təsbit edib.
Tramp özü bu məlumatı təkzib edir və bildirir ki, “o, bir ildə 38 milyon, o biri ildə isə 27 milyon dollar vergi ödəyib”.