ABŞ prezidenti Donald Tramp Ticarət Departamentinə xaricdən daxil olan bütün filmlərə 100% rüsumun tətbiq edilməsi prosesinə dərhal başlamaq göstərişini verib. Amerika lideri bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp deyib ki, Amerikanın kino sənayesi “çox sürətlə ölür”. Onun sözlərinə görə, digər ölkələr kinorejissorları və studiyaları ABŞ-dən uzaqlaşdırır, Hollivud və ölkədəki bir çox başqa sənayelər isə tənəzzül yaşayır.
Xatırladaq ki, daha əvvəl Çinin Milli Film Administrasiyası Trampın tariflərinə cavab olaraq Hollivud filmlərinin idxalını məhdudlaşdıracağını bildirmişdi. “Reuters” yazır ki, Çinin belə bir addımı Amerika filmlərinə tələbi daha da azaldacaq.