14 C
Baku
Saturday, May 10, 2025

Tramp yaxın 3-4 həftədə Çinlə razılığa gələ biləcəyini deyib

ABŞ prezidenti Donald Tramp, davam edən ticarət tarifləri fonunda qarşıdakı ayda Çinlə razılığa gələ biləcəyini söyləyib. O, əlavə edib ki, Çinə qarşı tariflərin daha da artırılmasını istəməz.

Çinin ABŞ-yə qarşı əlavə əks tədbirlər görəcəyi təqdirdə ABŞ-nin nə edəcəyi ilə bağlı suala prezident deyib ki, o, tariflərin qalxmasını istəmir, çünki insanlar “almağı dayandıracaqlar”.

Daha əvvəl Donald Tramp Çinlə “çox yaxşı” ticarət razılaşmasının əldə edilə biləcəyinə inandığını bildirərək, ABŞ-nin idxala tətbiq etdiyi yüksək tariflər fonunda Çin və Aİ-nin yaxınlaşma ehtimalından narahat olmadığını bildirib.

Donald Tramp aprelin 2-də 185 ölkədən gələn mallara 10-50%-lik rüsumlar tətbiq edib. Bir həftə sonra cənab Tramp Aİ ölkələri də daxil olmaqla 75 ölkəyə tariflərin tətbiqini 90 gün müddətinə təxirə salıb. Çinə qarşı tariflər 145%, Çinin cavab tədbirləri isə 125% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər