ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni sülh yolu ilə həll etməyə nail olacağını bildirib.
Tramp bu barədə Oktyabrın 9-da Ağ Evdə keçirilən mətbuat konfransı zamanı danışıb.
Tramp İsrail və HAMAS arasında Qəzza ilə bağlı sülh razılaşması kontekstində Ukraynadakı müharibənin dayandırılması məsələsinə də toxunub.
Onun sözlərinə görə, HAMAS gələn həftənin bazar ertəsi və ya çərşənbə axşamı günlərində israilli girovları azad etməlidir və razılaşmanın Misirdə imzalanması gözlənilir.
“Yadınızdadır, biz yeddi münaqişəni həll etmişik. Bu səkkizincidir. Yeddi müharibə və ya böyük qarşıdurma. Mən düşünürdüm ki, bəlkə də ən tez bitəcək müharibə Rusiya–Ukrayna olacaq və hesab edirəm ki, bu da baş verəcək. Amma hələlik onlar hər həftə təxminən yeddi min nəfər itirirlər”, – Tramp əlavə edib.