ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
O, mükafata ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Klaudiya Tenni tərəfindən irəli sürülüb.
Bildirilib ki, Tramp İsrail ilə BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair sənədlərin imzalanmasına kömək edib və buna görə də sözügedən mükafata layiq görülməlidir.
Qeyd edək ki, Tramp bundan əvvəl üç dəfə Nobel Sülh Mükafatına namizəd olub.